PARADOKS

AKTUAL

Qəribə toy - Bəy və gəlin tort əvəzinə elə bir şey kəsdi ki...

30-03-2017, 21:58
  •     
  • Dünya |
  •  Oxunma: 344

Qəribə toy - Bəy və gəlin tort əvəzinə elə bir şey kəsdi ki... Yaponiyanın paytaxtı Tokioda keçirilən toy mərasimində qəribə hadisə baş verib.
"Ölkə.Az" xəbər verir ki, bəylə gəlin tort əvəzinə toyuq dönəri kəsiblər.

Türkiyədə yapon dilində yayımlanan "Fuji Tv" müxbiri Toru Uçihaşi və həyat yoldaşı Asuka Uçihaşi Tokioda evləniblər. Gənc cütlük toy mərasimində qəribə bir yeniliyə imza atıblar. Uçihaşilər ənənəvi tort kəsmə mərasimini pozaraq Türkiyədə dadına baxdıqları və çox bəyəndikləri toyuq dönəri kəsiblər.

Cütlük bildirib ki, bir müddət Türkiyədə yaşayıblar və toyuq dönərini çox seviblər. Toyda iştirak edən qonaqlar da toyuq dönərinin dadına baxmaq fürsəti əldə ediblər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI