PARADOKS

AKTUAL

Vladimir Putinin yeni limuzini

30-03-2017, 21:57
  •     
  • Dünya |
  •  Oxunma: 319

Vladimir Putinin yeni limuzini Rusiya prezidentinin maşın karvanı üçün yeni layihə hazırlanıb.
"Kortej" hökumət layihəsində yer alan limuzinin ilk fotoları yayımlanıb. Layihədə yer alan avtomobillər prezident və yüksək çinli rus məmurlar üçün nəzərdə tutulub.

Prezident üçün nəzərdə tutulan limuzin avtomobili İsveçdə sınaq yürüşləri keçib. Kuzov maskalansa da, "Rolls-Royce" və "Bentley" markaları ilə müəyyən bənzərliklər nəzərə çarpır. Kapotun altında isə "Porsche" şirkətinin istehsalı olan mühərrik yerləşdirilib. Turbinləşdirilmiş, V12 obrazlı mühərrik 860 at gücü hasil edir.

Qeyd edək ki, "Kortej" layihəsinə prezident limuzini, sedan, miniven və krossover avtomobilləri də yer alacaq. ( Ölkə.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI