PARADOKS

AKTUAL

Bələdiyyələrin səlahiyyəti artırıldı

16-10-2016, 04:23
  •     
  • Dünya |
  •  Oxunma:

Bələdiyyələrin səlahiyyəti artırıldı Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisini bələdiyyələr toplayacaq
Milli Məclisin plenar iclasında müzakirə edilən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqları üzrə torpaq vergisi bələdiyyə vergilərinin vergitutma obyekti olacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi ilə bağlı məlumat verib. "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli qanuna əsasən 1 yanvar 2017-ci ildən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən ediləcək. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcək. Bu qanunun tətbiqi ilə əlaqədar Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna müvafiq dəyişiklik təklif edilib. Başqa sözlə, həmin torpaq vergisinin bələdiyyə vergilərinin vergitutma obyekti olması təklif edilib.

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna da müvafiq dəyişiklik təklif olunub. Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI