PARADOKS

AKTUAL

Ukraynada 4 nəfər koronadan öldü - Fövqəladə vəziyyət elan olundu

26-03-2020, 00:49
  •     
  • Dünya |
  •  Oxunma: 21

Ukraynada 4 nəfər koronadan öldü - Fövqəladə vəziyyət elan olundu Ukrayna hakimiyyəti koronavirus infeksiyası COVID-19-nın yayılması şəraitində ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin iclası zamanı verilib.

Baş nazir Denis Şmıqal deyib:

“Biz karantin müddətini uzadırıq və Ukrayna dövlətinin bütün ərazisində 30 gün müddətində, aprelin 24-dək fövqəladə vəziyyət rejimi tətbiq edirik”.

Ölkədə karantinin müddəti də aprelin 24-dək uzadılır.

Ukraynada koronavirus infeksiyası aşkar olunanların sayı 113-ə çatıb. Həmçinin, ölkədə koronavirusdan dörd ölüm hadisəsi qeydə alınıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI