PARADOKS

AKTUAL

İtaliyada yenə virusa yoluxanların və ölənlərin sayı artdı video

25-03-2020, 16:44
  •     
  • Dünya |
  •  Oxunma: 23

İtaliyada yenə virusa yoluxanların və ölənlərin sayı artdı video
İtaliya koronavirusa görə itki verən ölkələrin sırasında birinci yeri tutur. Dünən azalma müşahidə olunduğundan, vəziyyətin yaxşılaşmasına ümid yaranmışdı.

Bizimyol.info xəbər verir ki, İtaliyada yenə virusa yoluxanların və ölənlərin sayında artım qeydə alınıb. Bu gün 5249 nəfərdə pandemiya testi müsbət nəticə göstərib. Daha 743 nəfər həyatını itirib.

İndiyə qədər İtaliyada 69 min 176 nəfərdə virus aşkarlanıb. Koronavirus ümumilikdə 6820 italyanın həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının son dəqiqələrə olan məlumatına görə, dünyada virus aşkarlanan insan sayı 400 mini keçib (407633). Cəmi 18 min 250 nəfər həyatını itirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI