PARADOKS

AKTUAL

ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon

25-03-2020, 08:04
  •     
  • Dünya |
  •  Oxunma: 20

ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon ABŞ-ın koronavirusa qarşı mübarizədə maliyyə yardımı ümumilikdə 6 trilyon dollar olacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

O bildirib ki, iki trilyon birbaşa yardımdır, 4 trilyon isə Federal Ehtiyatlar Sistemindən kredit şəklində veriləcək.

Onun sözlərinə görə, bu, ABŞ tarixində vətəndaşlara göstərilən ən böyük dəstəkdir. Bu vəsait işsizlərə, ailələrə və fərdi sahibkarlara ayrılacaq.

Kudlounun sözlərinə görə, vəsaitin yaxın vaxtlarda verilməsinə başlanılacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI