PARADOKS

AKTUAL

Fransada koronavirus qurbanlarının sayı çoxaldı

25-03-2020, 07:53
  •     
  • Dünya |
  •  Oxunma: 20

Fransada koronavirus qurbanlarının sayı çoxaldı Fransada son sutka ərzində koronavirusdan 240 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 100 nəfərə çatıb:

“Son 24 saatda ölkədə yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 22 300-ə çatıb”.

J.Salomon əlavə edib ki, 10 176 nəfər hazırda xəstəxanalarda, onların 2 516 nəfəri ağır vəziyyətdə reanimasiyada yerləşdirilib.

Xəstələrin üçdə birinin yaşı 60-dan aşağı, 58 faizi 60-80 yaş arasındadır. Bu günədən bu yeni virusun qurbanı olan insanların 85 faizinin yaşı 70-dən yuxarıdır.

Ölkə ərazisində bu günə qədər 3 281 nəfər sağalaraq evə buraxılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI