PARADOKS

AKTUAL

ABŞ-dan Əfqanıstanla bağlı - Gözlənilməz qərar

25-03-2020, 04:49
  •     
  • Dünya |
  •  Oxunma: 24

ABŞ-dan Əfqanıstanla bağlı - Gözlənilməz qərar ABŞ Əfqanıstan rəhbərliyinin inklüziv hökumət barədə razılığa gələ bilməməsindən sonra rəsmi Kabilə yardımı 1 milyard dollar azaldır.

Teleqraf.com xəbər verir ki, bu, ABŞ dövlət katibi Mayk Pompeonun Əfqanıstana səfərindən sonra məlum olub.

“Əfqanıstan rəhbərliyinin bu uğursuzluğu ABŞ-ın milli maraqlarına birbaşa təhlükə yaradır. ABŞ hökuməti Əfqanıstanla əməkdaşlığımıza yenidən baxacaq. Digər məsələlər arasında Əfqanıstandakı xərclərimizi korrektə etdiyimizi elan edirik və bu il üçün yardımı 1 milyard dollar azaldırıq”, – deyə dövlət katibinin yaydığı açıqlamada bildirilir.

O qeyd edib ki, ABŞ 2021-ci ildə yardımları daha 1 milyard dollar azaltmağa hazırdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI