PARADOKS

AKTUAL

Böyük Britaniyada 1,5 milyon vətəndaş məcburi aylıq karantinə göndərildi

23-03-2020, 06:41
  •     
  • Dünya |
  •  Oxunma: 28

Böyük Britaniyada 1,5 milyon vətəndaş məcburi aylıq karantinə göndərildi Böyük Britaniyada 1,5 milyon vətəndaş “SARS-CoV-2” epdemiyasının yayılmasının qarşısının alınamsı məqsədilə aylıq məcburi karantinaya salınıb.

Ölkənin səhiyyə orqanları yoluxma riski yüksək olan vətəndaşları təkidlə “özünütəcrid” rejiminə salmaq üçün əlavə tədbirlər görməyə çağırıb. Hakimiyyət strukturlarının tələbi həmçinin xərçəng xəstələri, habelə orqan köçürülümə əməliyyatı keçirmiş şəxslərə də aiddir.

“Bu insanlar bizim dövlətin səhiyyə sisteminin müdafiəsi və insanların xilası naminə evdə qalmalıdırlar”,-deyə Kommunal işlər üzrə dövlət katibi Robert Cenrik jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, həmin vətəndaşlar üçün xüsusi qaynar xətt yaradılacaq, onların qida və dərmanları evlərinə çatdırılacaq.

Hazırda Böyük Briyaniyada koronavirusa yoluxan 5 mindən çox xəstə var. Onlardan 234-ü ölümlə nəticələnib. Ekspertlər ada dövlətinin koronavirusa görə hətta İtaliyadan çox zərər çəkəcəyindən ehtiyat edirlər.

Burada onlar Böyük Britaniyanın çox öyündüyü səhiyyə sistemini sərt şəkildə tənqid edirlər. Belə ki, “Deutsche Welle” portalının məlumatına görə, 66 milyon əhaliyə malik Böyük Britaniyada böyüklər üçün cəmi 4 min , uşaqlar üçün isə 900 süni nəfəs aparatı var.
Bundan başqa, hökumət də ləng tərpənməkdə ittiham olunur.

Böyük Britaniyada məktəblər yalnız bu həftədən bağlanacaq. İnsanların kültəvi toplandığı məkan sayılan restoanlar, kafelər, pivəxanalar isə yalnız iki gün öncə mərkəzi hakimiyyət tərəfindən qapadılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI