PARADOKS

AKTUAL

Antarktikada rekord temperatur qeydə alındı

14-02-2020, 15:34
  •     
  • Dünya |
  •  Oxunma: 33

Antarktikada rekord temperatur qeydə alındı Braziliyalı alimlər Antarktikada ilk dəfə müsbət 20,75 °C hava temperaturunu qeydə alıblar.

“Report” “Guardian”a istinadən xəbər verir ki, bu temperatur fevralın 9-u Antarktikanın Seymur adasında müəyyən edilib.

Bu göstərici 1982-ci ildə Siqnü adasında qeydə alınan temperaturdan 1 dərəcə çoxdur.

Nəşrin məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatı alınmış göstəriciləri hələlik təsdiqləməyib.

Xatırladaq ki, fevralın 6-da Antarktikanın “Esperansa” stansiyasında müsbət 18 °C qeyd edilmişdi.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI