PARADOKS

AKTUAL

"Bu ölkədə FETÖ-nün ən önəmli siyasi uzantısı..."

13-02-2020, 16:43
  •     
  • Dünya |
  •  Oxunma: 31

"Bu ölkədə FETÖ-nün ən önəmli siyasi uzantısı..." Türkiyənin ən böyük problemlərindən birinin ana müxalifət və ona rəhbərlik edən şəxs olduğunu deməkdən dilimizdə tük bitdi"

“FETÖ-nün ən böyük siyasi uzantısı Kılıçdaroğlu və komandasıdır”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına cavab verərkən deyib.

“Türkiyənin ən böyük problemlərindən birinin ana müxalifət və ona rəhbərlik edən şəxs olduğunu deməkdən dilimizdə tük bitdi. Bu şəxs son günlərdə “FETÖ-nün siyasi uzantısı” deyə-deyə qalıb. Madam ki, bu qədər istəyir, elə isə mən sizə FETÖ-nün siyasi uzantısını açıqlayaram . Dahi rus yazıçısı Tolstoyun da dediyi kimi: “Birinə palçıq atmadan əvvəl düşün və unutma, öncə öz əllərin kirlənəcək”. Kılıçdaroğlu bizə “palçıq atmağa” çalışanda əlində “palçıq”la tutulub. Çünki bu ölkədə FETÖ-nün ən önəmli siyasi uzantısı şəxsən Kamal Kılıçdaroğlunun özü və komandasıdır”, - deyə R.T. Ərdoğan bildirib.

Xatırladaq ki, dünən K. Kılıçdaroğlu partiyasının iclasında FETÖ-nün yolunu açan şəxsin terror təşkilatının siyasi uzantısı olduğunu bildirib və əlavə edib ki, dövləti FETÖ-yə təslim edən adam Rəcəb Tayyib Ərdoğandır.

Pərvanə


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI