PARADOKS

AKTUAL

3 min 700 nəfər anbaan yaxınlaşan ölümü gözləyir - Dəhşətli mənzərə

12-02-2020, 17:47
  •     
  • Dünya |
  •  Oxunma: 36

3 min 700 nəfər anbaan yaxınlaşan ölümü gözləyir - Dəhşətli mənzərə

Yaponiyada yeni tip koronavirus (Kovid-19) epidemiyası səbəbilə karantinə alınan sərnişin gəmisindəki daha 40 nəfərdə xəstəlik aşkarlanıb.

Publika.az xəbər verir ki, onlardan biri karantin tətbiq edən heyətin tibb işçisidir.

“Kyodo” agentliyində yer alan xəbərə görə, 3 min 700 nəfərlik “Diamond Princess” adlı gəmidə ümumilikdə xəstəliyə yoluxanların sayı 174 nəfərə çatıb.

Bununla da Yaponiyada “Kovid-19” daşıyıcısının sayı 203-ə yüksəlib.

Hazırda içərisində 3 min 600 nəfər olan gəminin karantin müddəti 19 fevralda bitir.

Qeyd edək ki, Yaponiyanın paytaxtı Tokio yaxınlığındakı Yokohama limanında lövbər salan gəmi daha əvvəl Honkonqda düşürdüyü sərnişində virus aşkarlanması səbəbilə karantinə alınmışdı.

Xatırladaq ki, virusun ortaya çıxdığı Çində ölü sayı 1114-ə çatıb. 44 min 653 nəfər hazırda xəstəlikdən əziyyət çəkir.

Zümrüd


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI