PARADOKS

AKTUAL

Türk əsgərləri mühasirədə: Akar əmr verdi

12-02-2020, 17:30
  •     
  • Dünya |
  •  Oxunma: 24

Türk əsgərləri mühasirədə: Akar əmr verdi İdlibdə dörd türk müşahidə məntəqəsi və iki hərbi mövqe Suriya rejim qüvvələrinin nəzarəti altına düşüb.

Axar.az xəbər verir ki, bu sözləri “Assoşieyted Press”ə açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Buna baxmayaraq, Akar bildirib ki, Türkiyə 12 müşahidə məntəqəsindən birini də tərk etməyəcək.

“Biz dəfələrlə demişik: ordan əsgərləri çıxarmayacağıq. Onlar öz missiyalarını davam etdirəcəklər!” – Akar bildirib.

Nazirin sözlərinə görə, türk əsgərlərinə Suriya ordusunun hücumu zamanı daha sərt cavab tədbirləri görmək əmri verilib.

Qeyd edək ki, ötən gün türk ordusunun endirdiyi cavab zərbəsi nəticəsində Suriya rejim qüvvələrinin daha 51 əsgəri məhv edilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI