PARADOKS

AKTUAL

Putin hökumətin istefası ilə bağlı fərman imzaladı

16-01-2020, 11:27
  •     
  • Dünya |
  •  Oxunma: 28

Putin hökumətin istefası ilə bağlı fərman imzaladı
Rusiya Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən “RİA Novosti” məlumat yayıb. Fərmanda deyilir:

“Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”.

Qeyd edilir ki, sənəd imzalandığı gündən - 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb. (Qafqazinfo.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI