PARADOKS

AKTUAL

İran 176 sərnişinin öldüyü təyyarəni özünün vurduğunu ETİRAF ETDİ

11-01-2020, 13:41
  •     
  • Dünya |
  •  Oxunma: 35

İran 176 sərnişinin öldüyü təyyarəni özünün vurduğunu ETİRAF ETDİ

İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında 8 yanvarda qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.

Bu, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bәyanatda bildirilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb.

Bәyanata әsasәn, İranın havadan müdafiәsi İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.

Bәyanatda qeyd olunur ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә İran xalqı və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir vә müdafiə sistemində aparılan islahatlar bir daha belә hadisәnin baş vermәsini qeyri-mümkün edib.

İranın adı çәkilәn orqanı әsas sәbәbkarın Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına elan olunmasını vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Milli.Az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI