PARADOKS

AKTUAL

80 ABŞ əsgərinin öldüyünü deyən İrandan yeni açıqlama

10-01-2020, 01:52
  •     
  • Dünya |
  •  Oxunma: 39

80 ABŞ əsgərinin öldüyünü deyən İrandan yeni açıqlama
Daha əvvəl ABŞ-ın İraqdakı hərbi bazasına hücum nəticəsində 80 amerikalı əsgərin öldüyünü bildirən İrandan yeni açıqlama gəlib.

İran İnqilab Keşikçiləri Ordusunun komandiri Əli Hacızadə raket zərbələrinin ABŞ əsgərlərini öldürmək üçün yox, texniki təchizata ziyan vurmaq üçün edildiyini bildirib. O qeyd edib ki, general Qasım Süleymaninin öldürülməsindən sonra münasib intiqam ABŞ əsgərlərini bölgədən çıxarmaq olardı. Digər tərəfdən, Hacızadə ABŞ əleyhinə əməliyyatların bütün bölgədə davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransında hərbi bazaya raket zərbələri nəticəsində Amerikanın heç bir əsgərinin ölmədiyini və ya xəsarət almadığını bildirmişdi. (Qafqazinfo.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI