PARADOKS

AKTUAL

SON DƏQİQƏ: İranda dəhşətli təyyarə qəzası, 180 nəfərin hamısı öldü - ANBAAN VİDEO/FOTO (YENİLƏNİR)

8-01-2020, 14:08
  •     
  • Dünya |
  •  Oxunma: 38

SON DƏQİQƏ: İranda dəhşətli təyyarə qəzası, 180 nəfərin hamısı öldü - ANBAAN VİDEO/FOTO (YENİLƏNİR) İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğrması nəticəsində göyərtədəki insanların hamısı həyatını itirib.

Publika.az-ın məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat verib.

“Göyərtədə olan 170 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib” - deyə açıqlamada bildirilir.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada bildirib ki, hazırda sərnişinlərin meyitləri toplanmaqdadır.

***

08:03

İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, "Boeing 737" tipli layner İmam Xomeyni adına beynəlxalq hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Anar Türkeş


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI