PARADOKS

AKTUAL

Milyarderlər Britaniyadan qaçmağa hazırlaşırlar

3-11-2019, 16:32
  •     
  • Dünya |
  •  Oxunma: 27

 Milyarderlər Britaniyadan qaçmağa hazırlaşırlar
Britaniyalı milyarderlər leyboristlərin seçkilərdə qalib gələcəyi təqdirdə, ən qısa zamanda ölkəni tərk etməyə hazırlaşırlar.

Bu barədə “The Guardian” yazır.

Milyarderlər ehtiyat edirlər ki, Ceremi Korbin baş nazir olacağı halda, yeni vergilər səbəbiylə milyardlarla funt itirə bilərlər.

Britaniya hüquq firmalarının mütəxəssisləri milyonçu və milyarder müştərilərinin zəng edərək başqa ölkələrə köçməyə, eləcə də sərvətlərini xaricə köçürməyə kömək etməklərini xahiş edirlər.

Nəşrin məlumatına görə, Korbinin rəhbərlik etdiyi hökumət ölkənin zəngin sakinləri tərəfindən sərvətə və həyat keyfiyyətinə “Brexit”dən daha böyük təhlükə kimi qəbul edilir. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI