PARADOKS

AKTUAL

Tramp yeni “Ayfon”u bəyənmədi, Tim Kuka yazdı

26-10-2019, 19:56
  •     
  • Dünya |
  •  Oxunma: 39

Tramp yeni “Ayfon”u bəyənmədi, Tim Kuka yazdı
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp yeni iPhone modellərindən məmnun qalmayıb.

O, istehsalçının "Evə” düyməsini ön paneldən silməsindən narazı qalıb. ABŞ liderinin sözlərinə görə, köhnə modifikasiya daha rahat olub.

Ağ Ev rəhbəri şikayətlərini Apple şirkətinin direktoru Tim Kukun özünə bildirməyə qərar verib. Siyasətçinin Tvitter səhifəsində Tim Kuka ünvanlanan bir qeyd yayımlanıb:

"Timə: "iPhone”dakı düymə sensordan daha yaxşı idi”.

Qeyd edək ki, Apple 2017-ci ilin payızında düymələri olmayan smartfonları buraxmağa başlayıb. İlk belə model iPhone X olub. IPhone 7 Plus-da "Home" düyməsi sensorlu olmayıb.

Xatıladaq ki, bu ilin əvvəlində ABŞ prezidenti Tim Kuk ilə görüşərək təhsil sahəsində texnologiyanın inkişafı məsələsini müzakirə edib. Üstəlik, çıxışı zamanı Tramp korporasiyanın rəhbəri Timi Əpl deyə çağırıb. Sonradan siyasətçi bu yolla vaxta qənaət etmək istədiyini bildirib. (Qaynarinfo.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI