PARADOKS

AKTUAL

Türkmənistanda varis məsələsini müzakirə edirlər

2-10-2019, 05:09
  •     
  • Dünya |
  •  Oxunma: 40

Türkmənistanda varis məsələsini müzakirə edirlər
Türkmənistanda söz-söhbət gəzir ki, Qurbanqulu Berdıməhəmmədovun prezidentliyi uzun sürməyəcək. Asiya ölkəsində varis məsələsinin müzakirə olunduğu bildirilir.Bizimyol.info xəbər verir ki, Türkmənistanda prezident postuna indiki dövlət başçısının 38 yaşlı oğlu Sərdar Berdıməhəmmədovun gətiriləcəyi gözlənilir. “Kiçik Qurbanqulu” ilin əvvəlində Ahal vilayətinin qubernator müavini təyin olunmuşdu.

İyulun sonunda Türkmənistan prezidentinin böyrək çatışmazlığından əziyyət çəkdiyi xəbəri yayılmışdı. Bundan sonra Berdıməhəmmədov iki həftə ortada görünmədi. Onun hətta öldüyü haqda xəbərlər dolaşmağa başladı.

Rus politoloq Arkadi Dubnov kimin prezident olmasının əhəmiyyət daşımadığını düşünür. Onun fikrincə, Türkmənistanda diktatura yenə də davam edəcək. Politoloq deyir ki, Qurbanqulu Berdıməhəmmədovun üçüncü nəvəsi Kərimquluya daha çox diqqət ayırmaq lazımdır. Dövlət başçısına qalsa, öz yerinə nəvəsini keçirər. Sadəcə, Kərimqulunun hələ yaşı çatmır. Dobnov deyib ki, əcnəbilər görməyəndə Türkmənistanda lap rüsvayçı şeylər baş verir: “Yeri gəlsə, Kərimqulunun ayaqqabısından da öpürlər”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI