PARADOKS

AKTUAL

Honkonqda gərginlik səngimir

2-10-2019, 05:00
  •     
  • Dünya |
  •  Oxunma: 35

Honkonqda gərginlik səngimir

Çinin Honkonq xüsusi inzibati bölgəsində polisin keçirdiyi əməliyyat nəticəsində xeyli miqdarda soyuq silah, "Molotov kokteyli", kustar üsulla hazırlanmış partlayıcılar aşkarlanıb.
Honkonq polisinin yaydığı məlumatda bildirilir ki, 48 məntəqədə iki gün ərzində aparılmış əməliyyat zamanı aşkarlananlar arasında alışdırıcı-yandırıcı maddələr, qaz alışqanları, bıçaqlar, polad dəyənəklər, habelə qoruyucu avadanlıq olub. Əməliyyatın gedişində 51 nəfər soyuq silah və kustar üsulla hazırlanmış alışdırıcı-yandırıcı maddələr saxlamaqda, habelə qanunsuz toplaşmaqda, təhlükəli cisimlərin hazırlanmasında iştirakda şübhəli bilinərək saxlanılıb.Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq iyun ayından bəri aksiyalar keçirilir. Aksiyaların gedişində etirazçılar ciddi iğtişaşlar törədib, polislərə, şəhərdəki dövlət binalarına və özəl binalara ciddi ziyan vurublar. Sentyabrın 4-də Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kəri Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Buna baxmayaraq, etirazçılar həmin qərardan sonra da qanunsuz aksiyalarını davam etdirirlər.

Oktyabrın 1-də bütün ölkədə Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü qeyd olunduğu bir vaxtda Honkonqda radikal qüvvələr yenə iğtişaşlar törədiblər. Şəhərin Tuen Mun bölgəsində polis bölməsinə hücum edən aksiya iştirakçıları bir neçə asayiş keşikçisinə və jurnalistə xəsarət yetiriblər. Yerli vaxtla saat 16:00-dan başlayaraq radikal qüvvələr şəhərin Hennesi küçəsində, Tuen Mun və Vonq Tay Sin rayonlarında toplaşaraq barrikadalar qurub, yanğınlar törədib, nəqliyyatın hərəkətini iflic edib, şəxsi əmlaka və dövlət əmlakına ziyan vurublar. İğtişaşlar zamanı xəsarət alan 15 nəfər xəstəxanalara yerləşdirilib.

Bundan başqa, Tsuen Van rayonunda xidmət aparan polis işçilərinə hücum edən etirazçılar asayiş keşikçilərinin xəbərdarlığına baxmayaraq, zorakı əməllərini davam etdiriblər. Nəticədə polis zabiti özünün və həmkarlarının sağlamlığına olan təhlükənin qarşısını almaq üçün radikal etirazçılardan birinə atəş açmağa məcbur olub. Çiynindən yaralanan həmin şəxs hospitala çatdırılıb. (Azertag.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI