PARADOKS

AKTUAL

Belarus hökuməti Rusiya ilə “birləşmə” proqramı hazırladı

25-08-2019, 07:24
  •     
  • Dünya |
  •  Oxunma: 123

Belarus hökuməti Rusiya ilə “birləşmə” proqramı hazırladı
Belarus hökuməti avqustun 27-də prezident Aleksandr Lukaşenkoya Rusiya ilə inteqrasiya proqramının layihəsini təqdim etməyi planlaşdırır.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Belarusun Baş naziri Sergey Rumas deyib. O, iki ölkənin baş nazirinin yeni proqramı paraflaşdırmasından sonra layihənin ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Rumas bunun sayəsində ictimaiyyətdə suverenlik və digər təhlükələrlə bağlı mövcud olan sualların ortadan qalxacağını deyib.

Belarus Baş naziri inteqrasiya proqramının yalnız iqtisadi sferaya aidiyyəti olduğunu və burada olan bəndlərin vahid bazarın mexanizmlərini nəzərdə tutduğunu bildirib. Yeni proqramda həmçinin enerji daşıyıcıları üçün də eyni qiymətlərin müəyyən edilməsi barədə bəndin yer aldığı qeyd edilib.

Qeyd edək ki, Belarusla Rusiya 1999-cu ildən bu yana ittifaq dövlətində birləşiblər.

Bəzi Belarus ekspertləri yeni inteqrasiya proqramının Minskin suverenliyinin tam əlindən alınması üçün hazırlandığını iddia edirlər. Hökumət isə bu məsələdə tam əks mövqe tutur və bunun Belarusu daha da möhkəmləndirəcəyini iddia edir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI