PARADOKS

AKTUAL

“Girov götürdüyümüz polis əməkdaşlarını buraxacağıq”

8-08-2019, 15:51
  •     
  • Dünya |
  •  Oxunma: 31

“Girov götürdüyümüz polis əməkdaşlarını buraxacağıq”
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev onu saxlamaq məqsədi ilə Koydaş kəndində keçirilən əməliyyatda iştirak edən və girov götürdükləri təhlükəsizlik qüvvələri əməkdaşlarını azad edəcəklərini bildirib.“Report” xəbər verir ki, A.Atambayev deyib: “Onlar kimlərinsə övladlarıdır, bunu anlayıram. Onları mütləq buraxacağıq. Çoxunu dünən buraxmışıq”.

Xatırladaq ki, ötən gün axşam Təhlükəsizlik Komitəsinin bölmələri sabiq prezidenti saxlamaq üçün paytaxt Bişkekin 20 kilometrliyindəki Koydaş kəndində yerləşən iqamətgahında xüsusi əməliyyat keçirərək A.Atambayevin tərəfdarlarının müqaviməti ilə üzləşiblər. Nəticəsiz başa çatan əməliyyat zamanı aralarında jurnalistin də olduğu 48 nəfər yaralanıb, onlardan 46 yaşlı zabit xəstəxanada dünyasını dəyişib.

A.Atambayev tərəfdarları 6 xüsusi xidmət əməkdaşını girov götürüblər.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI