PARADOKS

AKTUAL

Alman məktəbli dostları ilə birlikdə 1 milyon ağac əkdi: Məqsəd 1 trilyon ağacdır

12-07-2019, 09:50
  •     
  • Dünya |
  •  Oxunma: 26

Alman məktəbli dostları ilə birlikdə 1 milyon ağac əkdi: Məqsəd 1 trilyon ağacdır Üç il əvvəl alman məktəbli Feliks Finkbeyner sinif yoldaşlarına 1 milyon ağac əkmək ideyasını danışanda təəccüblənənlər var idi. Amma aksiyaya dəstək verənlər dəfələrlə çox olmuşdu. 9 yaşlı Feliksə xeyli dostları, tanışları qoşuldu və beləcə, 1 milyon ağac əkdilər.
Bizimyol.info xəbər verir ki, Finkbeynerin okytabrda 12 yaşı tamam olacaq və o, indidən dünyanın tanınmış eko-aktivistlərindən sayılır. Məktəbli BMT-nin dəstəyi ilə “Ağac ardınca ağac” kitabını nəşr etdirib. Feliks “Plant-for-the-Plant” qeyri-kommersiya təşkilatının yaradıcısıdır.

Finkbeynerin başladığı aksiya xeyli populyarlaşıb. Aksiya çərçivəsində əkilən ağacların sayı 14 milyarda çatıb. Məqsəd sayı trilyona çatdırmaqdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI