PARADOKS

AKTUAL

Putin üç generalı işdən qovdu

4-07-2019, 05:01
  •     
  • Dünya |
  •  Oxunma: 96

Putin üç generalı işdən qovdu Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib.



Demokrat.az-ın məlumatına görə, prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.



Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI