PARADOKS

AKTUAL

TƏCİLİ: Dünyada Fövqəladə hal – “Tramp öldü, dənizaltından radiasiya sızır, İranın nüvə silahı…”

3-07-2019, 06:25
  •     
  • Dünya |
  •  Oxunma: 40

TƏCİLİ: Dünyada Fövqəladə hal – “Tramp öldü, dənizaltından radiasiya sızır, İranın nüvə silahı…” ABŞ vitse-prezidenti Mayk Pens Nyu-Hempşir ştatındakı səfərini yarımçıq qoyaraq təcili Vaşinqtona çağrılıb.

Turkustan.info Xarici mətbuata istinadən xəbər verir ki, Pensin geri çağırılması müxtəlif suallara səbəb olub. Bəzi nəşrlər dünyada fövqəladə vəziyyətin elan olunduğunu qeyd edirlər.

Pensin köməkçisi Alissa Fara həyəcan üçün heç bir səbəb olmadığını bildirib. Fara ABŞ təhlükəsizliyinə heç bir təhdidin olmadığını da sözlərinə əlavə edib.

Rusiya prezidenti Vladimir Putin isə bütün rəsmi görüşlərini ləğv edib. Severomorskda elmi-araşdırma aparan sualtı qayıqda 14 nəfərin ölümü ilə nəticələnən yanğın səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb. Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib.

Rusiya və ABŞ-ın ardından Çindən də xəbər gəlib. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi təcili iclas keçirib.

Fövqəladə vəziyyətlə bağlı irəli sürülən teoriyalar(fərziyyələr) bunlardır.

1. Donald Trampın səhhətində yaranan problem. Donald Tramp öldü.

2. ABŞ-ın milli təhlükəsizliyinə təhdid.

3. Rusiyada baş verən sualtı gəmi qəzası nəticəsində yaranan radiasiya təhlükəsi.

4. İranın nüvə sınaqları keçirməsi.

İrəli sürülən bu iddialara hələ ki, rəsmi münasibət bildirilməyib. /Redaktor.az/


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI