PARADOKS

AKTUAL

Husilərin dronları Səudiyyə Ərəbistanında iki hava limanına hücum edib

17-06-2019, 17:18
  •     
  • Dünya |
  •  Oxunma: 77

Husilərin dronları Səudiyyə Ərəbistanında iki hava limanına hücum edib Yəmənin “Ənsar Allah” hərəkatından olan üsyançılar-husilər tərəfindən buraxılmış pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanında yerləşən Abha və Cizan aerodromlarına hücum edib.
Trend-in məlimatına görə, bu barədə “Saba Net” xəbər verib.

Məlumata əsasən, hücumlar, Ər-Riyadın rəhbərlik etdiyi koalisiyanın Taiz əyalətində yerləşən kəndlərə endirilən zərbələrə cavab olaraq edilib.

İyunun 12-də husilər Abha şəhərinin aerodromunu raket atəşinə tutublar, nəticədə 26 nəfər xəsarət alıb. İyunun 14-də “Ənsar Allah” hərəkatının tərəfdarları insansız, pilotsuz uçuş aparatları vasitəsi ilə Abhaya hücum edib, lakin Krallığın hava müdafiə sistemi və hava qüvvəsi dronların beşini dəf edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI