PARADOKS

AKTUAL

Rusiyada əhalinin xoşbəxtlik səviyyəsi müəyyən olundu

26-04-2019, 17:40
  •     
  • Dünya |
  •  Oxunma: 138

Rusiyada əhalinin xoşbəxtlik səviyyəsi müəyyən olundu Rusiyada iqtisadi vəziyyət sabit deyil. Amma ruslar yenə də özünü xoşbəxt hiss edir.
Bizimyol.info xəbər verir ki, ümumrusiya ictimai rəyi öyrənmə mərkəzi Rusiya əhalisinin 86 faizinin özünü xoşbəxt saydığını bildirir. Yaşı 18-i keçmiş 1600 nəfər arasında sorğu belə nəticə ortaya çıxarıb.

Respondentlərin heç də hamısı inamlı cavab verməyib. Yalnız 35 faizi qətiyyətlə “hə” deyib. 51 faiz “böyük ehtimalla” cavabını verib. Respondentlərin 3 faizi heç bir cavab verə bilməyib. 7 faizi qətiyyətlə “yox” deyib. Fikri soruşulanların 4 faizi “yəqin ki, yox” cavabı ilə kifayətlənib.

Rusiya
Rusiya
Respondentlərin 32 faizi deyir ki, tanışlarının arasında xoşbəxtlərin sayı bədbəxtlərdən daha çoxdur. 33 faiz xoşbəxtlikdə əsas amil kimi ailəni qeyd edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI