PARADOKS

AKTUAL

Şri-Lanka hökuməti hindistanlılara qulaq assaydı, 359 nəfərin öldüyü terror olmayacaqmış

24-04-2019, 21:26
  •     
  • Dünya |
  •  Oxunma: 211

Şri-Lanka hökuməti hindistanlılara qulaq assaydı, 359 nəfərin öldüyü terror olmayacaqmış Hindistanın xüsusi xidmət orqanları, sən demə, Şri-Lanka məmurlarını bu ölkədə hazırlanan terror aktı barədə xəbərdar edibmiş. Hətta onlara teraktın təşkilatçısı Zahran Haşimin adını da onlara deyiblərmiş. Bu barədə özəl mənbəyə istinadən CNN məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, Hindistanın xüsusi xidmət orqanları bir müddət əvvəl İŞİD üzvünü tutublar və terror aktının hazırlanması barədə məlumatları da onun vasitəsilə əldə ediblər. O, Şri-Lankada təlim keçdiyi adamın adını dı söyləyib. Saxlanılan İŞİD üzvü deyib ki, Haşimin radikallaşdırılmasında onun böyük rolu olub.

Şri-Lankada silsilə terror aktları nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.

Şri-Lanka prezidenti Maytripala Sirisena xəbərdarlığa baxmayaraq, teraktların qarşısını almaq üçün vaxtında addım atmayan xüsusi xidmət orqanlarının əməkdaşlarına qarşı sərt tədbirlər görüləcəyini bəyan edib. Prezident Silahlı Qüvvələrin komandanlığında da dəyişiklik etmək niyyətindədir.

Aprelin 23-dən Şri-Lankada fövqəladə vəziyyət rejimi elan olunub. Silsilə partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI