PARADOKS

AKTUAL

Avropa Parlamenti Assancı mükafatlandırsa da... ÖLÜM HÖKMÜ TƏHLÜKƏSİ

19-04-2019, 16:05
  •     
  • Dünya |
  •  Oxunma: 461

Avropa Parlamenti Assancı mükafatlandırsa da... ÖLÜM HÖKMÜ TƏHLÜKƏSİ Avropa Parlamenti “WikiLeaks” portalının təsisçisi Culian Assanca KİV azadlığına görə mükafat verib. SİA xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti yazır.

Məlumata görə, bu mükafat hər il verilir və Assanc həbsdə olduğuna görə, mükafatı onun adından 1976-cı ildə Nobel mükafatı laureatı olmuş Meyrid Korriqan alıb.

TASS isə yazır ki, mükafatlandırma Strasburqda Avropa Parlamentində baş tutub. Belə ki, Assancı mükafata Avropa Parlamentində fraksiya kimi fəaliyyət göstərən Sol Avropa Partiyaları (GUE/NGL) təqdim edib.

Xatırladaq ki, Culian Assanc “WikiLeaks”ı 2006-cı ildə təsis edib. Həmin vaxtdan etibarən onun saytında müxtəlif hökumətlərin gizli saxlanılan fəaliyyətləri dərc edilib.

ABŞ-da isə, onun Dövlət Departamentinin sənədlərini yaydığına görə ölüm hökmü gzləyir.

2012-ci ildən Assanc Londonda Ekvadorun səfirliyində siyasi sığınacaq alıb. Lakin aprelin 11-də o siyasi sığınacaqdan məhrum edilərək, Britaniya hökumətinə təhvil verilib. London ölüm hökmü təhlükəsi olarsa, Assancı ABŞ-a təhvil verməyəcəyi vədini bəyan edib. Lakin ABŞ tərəfi inandırmağa çalışır ki, Assanc yalnız kompüter sənədlərinin sındırılması ittihamı ilə məhkəməyə çıxarılacaq və o, təhvil verilərsə, 5 il həbs cəzası alacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI