PARADOKS

AKTUAL

Liviyanın paytaxtına raket zərbəsi endirildi – 4 ölü, 23 yaralı

17-04-2019, 19:42
  •     
  • Dünya |
  •  Oxunma: 561

Liviyanın paytaxtına raket zərbəsi endirildi – 4 ölü, 23 yaralı Liviyanın paytaxtı Tripoli şəhərinə bir neçə dəfə raket zərbəsi endirilib. “Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 4 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.

Məlumata görə, buna məsuliyyəti marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu daşıyır. Lakin marşalın ordusu bu ittihamı qəbul etməyib.

“Bu gecə Liviya ordusu hərbi əməliyyatlar zamanı ağır silahlardan istifadə etməyib”, – deyə ordunun mətbuat xidmətinin rəhbəri Xəlifə əl-Obeydi “RİA Novosti”yə bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI