PARADOKS

AKTUAL

“Airbus”un “Boeing” üzərində qələbəsi – Çindən 300 təyyarə sifarişi alıb…

26-03-2019, 21:44
  •     
  • Dünya |
  •  Oxunma: 587

“Airbus”un “Boeing” üzərində qələbəsi – Çindən 300 təyyarə sifarişi alıb… Avropanın hava nəqliyyatı nəhəngi “Airbus”, Çindən 34 milyard dollarlıq – 300 ədəd təyyarə sifarişi alıb. Çin Dövlət Başçısı Şi Cinpinin Fransa səfəri əsnasında reallaşan razılaşma Airbusun ən böyük rəqibi Amerikalı “Boeing”ə qarşı zəfəri olaraq xarakterizə edilir. Belə ki, son dövrdə adı qəzalar ilə xatırlanan Boeingin dünya üzrə 300 ədəd sifarişi ləğv edilib, 5 min sifarişi isə təxirə salınıb. Bu barədə “Habertürk” məlumat verib.
Təyyarələrinin ard-arda qəzaya uğraması üzündən “Boeing”in sifarişləri bir-bir ləğv edilir. Şirkətin ən böyük rəqibi Fransa mərkəzli hava nəqliyyatı istehsalçısı Airbus isə nəhəng sifariş razılaşmaları imzalayır.

Verilən açıqlamaya görə, “Airbus” Çindən 34 milyard dollar dəyərində 300 ədəd təyyarə sifarişi alıb. Bunlardan 290 ədədi “A320” kiçik həcimli və 10 ədədi isə “A350” tipli böyük həcimli sərnişin təyyarəsinin Çinə verilməsi ilə bağlı danışıqlar aparılıb.

Dövlət Başçısı Şi Cinpinin Fransa səfəri əsnasında reallaşan razılaşma ilə “Airbus” bu günə qədər Çinə birdəfədə ən çox təyyarə satan “Boeing”in rekordunu aşması ilə də diqqət çəkib.

Boeingin son dövrdə adı qəzalar ilə xatırlanan “737 Max” təyyarəsi, Airbusun “A320” təyyarəsi ilə eyni seqmentdə aid olduğu bildirilir. Oktyabr ayı sonunda İndoneziyada Lion Air və ardından da Efiopiya hava yollarına aid bir “737 Max” təyyarəsinin qəzaya uğraması nəticəsində dünyada 300-dən çox “737 Max” sifarişi ləğv edildi, 5 minə yaxın sifarişi isə təxirə salındı.

Mütəxəssislər, Çinin 2037-ci ilə qədər təxminən 7 min 400 sərnişin və yük təyyarəsinə ehtiyac duyacağını bildirirlər. Bu baxımdan “Airbus”un aldığı sifarişlərin rəqibi “Boeing” üzərində əhəmiyyətli qələbə olduğu qeyd olunur.

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI