PARADOKS

AKTUAL

“Real”ın almaq istədiyi əsas oyunçu bəlli oldu: 317 milyon dollar təklif edir

26-03-2019, 21:42
  •     
  • Dünya |
  •  Oxunma: 591

“Real”ın almaq istədiyi əsas oyunçu bəlli oldu: 317 milyon dollar təklif edir Madridin “Real” futbol klubu birdən-birə dünyanın xeyli yaxşı futbolçuları ilə eyni zamanda maraqlanmağa başlayıb. İspaniya nəhəngi “Liverpul”dan Məhəmməd Salahı, “Çelsi”dən Eden Azarı, PSJ-dən Neymarı heyətinə cəlb etmək istəyir. Avropa mətbuatının yazdığına görə, baş məşqçi Zinəddin Zidanın əsas hədəfi PSJ-nın başqa oyunçusu Kilian Mbappedir.
Bizimyol.info xəbər verir ki, “Real” Fransa milli komandasının hücumçusuna görə 280 milyon avro (317 milyon dollar) ödəməyə hazırdır. Yaxın vaxtlarda Paris klubu ilə danışıqlar başlayacaq.

Mbappe
Mbappe
İspaniya mətbuatı iddia edir ki, Mbappe də “Real”a keçməyin əleyhinə deyil. Guya futbolçu ildə 15 milyon avro məvacib təklif ediləcəyi halda razılaşacaq. İndi “Real”da ən çox maaş Qaret Beylə verilir. Uelsli futbolçu ildə 14 milyon avro qazanır.

PSJ-də dəyişikliklər qaçılmazdır. Hiss olunur ki, Neymar komandada qalmaq istəmir. Neymar və ya Mbappe klubu tərk edərsə, PSJ “Atletiko”dan Antuan Qrizmann ilə güclənməyə çalışacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI