PARADOKS

AKTUAL

“Mən “p” hərfini tələffüz etmək istəyirdim, amma alınmırdı” – Dərmandan iflic olan qadın (Foto)

15-03-2019, 15:24
  •     
  • Dünya |
  •  Oxunma: 548

“Mən “p” hərfini tələffüz etmək istəyirdim, amma alınmırdı” – Dərmandan iflic olan qadın (Foto) Böyük Britaniyada bir qadın xəstəxanaya insult diaqnozu ilə yerləşdirilib. Həkimlərin araşdırması onun həbdən iflic olduğunu üzə çıxarıb.
Bizimyol.info xəbər verir ki, Kru şəhərində yaşayan İssi Foks üç ay ardıcıl eyni dərmandan istifadə edib. Fevralın 8-də qəfil nitqini itirib: “Mən “p” hərfi ilə başlayan söz tələffüz etmək istəyirdim, amma heç cür alınmırdı. Sonra bir tərəfim keyidi. Daha heç bir səs çıxara bilmədim”.

İssinin dili bir neçə gündən sonra açılıb. Dil açan kimi insult olduğunu deyib. Foksu xəstəxanaya çatdırıblar. Orada sol qolunun və üzünün sol hissəsinin iflic olduğunu müəyyənləşdiriblər.

İssi Foks
İssi Foks
Həkimlər əmindir ki, həblər İssinin orqanizminə uyğun olmayıb, pis nəticə verib. İndi Foks özünə gəlib, sağalmağa başlayıb. Amma özünəinamı xeyli sarsılıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI