PARADOKS

AKTUAL

THY “Boeing 737 MAX”la uçuşları dayandırdı – Daha 3 ölkə qoşuldu

12-03-2019, 21:10
  •     
  • Dünya |
  •  Oxunma: 37

THY “Boeing 737 MAX”la uçuşları dayandırdı – Daha 3 ölkə qoşuldu Boeing 737 MAX” sərnişin təyyarəsinin Efiopiyada qəzaya düşməsindən sonra daha üç ölkə laynerlə planlaşdırılan səfərləri təxirə salıb.
Türk Hava Yolları (THY) təyyarənin təhlükəsizlik məsələləri dəqiqləşənədək martın 13-dən ticari səfərləri dayandırmaq qərarı alıb. Bu barədə THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkədə məlumat verib. O bildirib ki, tamamilə təhlükəsiz olduqları təsdiqlənənə kimi həmin təyyarələr ilə uçuşlar həyata keçirilməyəcək.

Hava yollarının mətbuat katibi Yəhya Üstün isə THY-nin aviaparkında 12 ədəd “Boeing 737 MAX”ın olduğunu açıqlayıb.

Almaniyanın Nəqliyyat Nazirliyi də hava məkanının “Boeing” laynerləri üçün bağlandığını bildirib. “Tui” alman konserni bütün istiqamətlərə “Boeing 737 MAX”ın uçuşlarını dayandırıb.

Həmin təyyarənin uçuşlarına qadağa qoyan ölkələrdən biri də Avstriyadır. Bu barədə nəqliyyat naziri Norbert Hofer məlumat verib.

İtaliya da, bu ölkələrin ardınca hava məkanını “Boeing 737 MAX” təyyarələrinə bağlamaq qərarı qəbul edib. Qərar Afrikadakı qəzanın səbəbləri müəyyən edilənədək qüvvədə olacaq. (Qafqazinfo.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI