PARADOKS

AKTUAL

Makqreqor həbs olunub

12-03-2019, 21:05
  •     
  • Dünya |
  •  Oxunma: 62

Makqreqor həbs olunub İrlandiyalı MMA (qarışıq əlbəyaxa döyüş növləri) ustası Konor Makqreqor ABŞ-ın Florida ştatında həbs olunub.

Bu barədə “MMA Fighting” portalı məlumat yayıb.

O, ikinci dərəcəli silahlı qarət və üçüncü dərəcəli xuliqanlıqda təqsirli bilinir.

Yerli polis idarəsinin məlumatına görə, idmançı Mayami-Biç rayonunun “Fountainebleu” hoteli qarşısında öz pərəstişkarının üzərinə atılaraq, onun smartfonunu əlindən alıb. Daha sonra mobil cihazı ayaqları altında tapdalayaraq, qalıqlarını özü ilə aparıb.

Xatırladaq ki, martın 9-da Makqreqor 2018-ci ildə (aprel ayında) UFC döyüşçüləri ilə dolu avtobusa hücumuna görə məhkum olunduğu ictimai işləri başa çatdırmışdı. O, beş gün ərzində Nyu-Yorkun iki kilsəsində icbari əməklə məşğul olub.

Onun qəzəbin idarə olunması üzrə psixoloji hazırlıqdan keçdiyi bildirilir.(oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI