PARADOKS

AKTUAL

Hindistanın Pakistandan tələbi: “Konkret addımlar at!”

11-03-2019, 05:57
  •     
  • Dünya |
  •  Oxunma: 281

Hindistanın Pakistandan tələbi: “Konkret addımlar at!” Hindistan Pakistandan terror təşkilatlarına qarşı konkret addımlar atılmasını tələb edib.
Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Raveeş Kumar açıqlama yayıb. O, Pakistanda təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalara qarşı apardığı əməliyyatların yetərli olmadığını bildirib.

Pakistanın İnformasiya naziri Favad Çaudri isə fəaliyyəti qadağan edilmiş qruplara qarşı hərəkətə keçdiklərini, ölkə torpaqlarından terrorizm məqəsədilə istifadə edilməsinə icazə verməyəcəklərini açıqlayıb.

Çaudri Pakistanın Baş naziri İmran xanın Hindistanı ortaq istintaqa qatılmağa dəvət etdiyini, lakin Hindistandan cavab gəlmədiyini bildirib.

Qeyd edək ki, Pakistan təhlükəsizlik qüvvələri Milli Fəaliyyət Planı strategiyası çərçivəsində terror qruplaşmalarına qarşı əməliyyatlara başlayıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI