PARADOKS

AKTUAL

PKK-ya qarşı xüsusi əməliyyat

11-03-2019, 05:51
  •     
  • Dünya |
  •  Oxunma: 56

PKK-ya qarşı xüsusi əməliyyat Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib.
Azərtac-ın yaydığı xəbərə görə, bu haqda Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yazılıb.

Dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.

Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub.

Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI