PARADOKS

AKTUAL

İndoneziyada vulkan püskürməsi səbəbindən yüzlərlə insan köməksiz qalıb

8-02-2019, 21:16
  •     
  • Dünya |
  •  Oxunma: 39

İndoneziyada vulkan püskürməsi səbəbindən yüzlərlə insan köməksiz qalıb İndoneziyada Karanqetanq vulkanının püskürən lavalarının yolu bağlaması səbəbindən 494 nəfər köməksiz qalıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yüksək dalğalar və güclü külək səbəbindən də əhalinin köçürülməsini həyata keçirmək mümkün olmayıb.

ƏTRAFLI
hunergroup.az

Üçüncü səviyyəli həyəcan siqnalı verilən vulkanda dünəndən etibarən başlayan partlayışlar nəticəsində axan lava 2500 metr əraziyə yayılıb. Təhlükəli bölgənin yaxınlığında olan 200 nəfər təxliyə edilib.

Xatırladaq ki, ki, 2010-cu ildə vulkanın püskürməsi nəticəsində 347 nəfər həyatını itirmişdi.

Qeyd edək ki, adalar qrupundan ibarət olan İndoneziya Sakit Okeanın "Alov qurşağı" olaraq adlandırılan 130-a yaxın aktiv vulkanın olduğu bölgənin tam mərkəzində yerləşir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI