PARADOKS

AKTUAL

Vladimir Fesenko: Ukrayna Prezidenti seçkilərində ikinci tura iddialı namizədlər çoxdur

8-02-2019, 21:06
  •     
  • Dünya |
  •  Oxunma: 16

Vladimir Fesenko: Ukrayna Prezidenti seçkilərində ikinci tura iddialı namizədlər çoxdur Martın 31-də keçiriləcək prezident seçkilərində azı 6 namizəd ikinci tura iddialıdır.

Bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, 2014-cü il prezident seçkilərində yalnız Poroşenko və Timoşenko iddialı namizəd hesab edilirdisə, indi reytinqlərdə şoumen Vladimir Zelenski onları üstələyir.

Prezident seçkilərinin ikinci turunun olacağını qeyd edən politoloq bildirib ki, seçkiöncəsi Ukraynada yeni inqilabın baş verəcəyi real görünmür. “Maydan” hadisələrindən sonra insanların siyasətçilərə inamı qalmayıb. Çünki verilən vədlər yerinə yetirilməyib. Həm də insanlar inqilabların ölkəyə vurduğu ziyanı görüblər”, - deyə Fesenko əlavə edib.

Xatırladaq ki, artıq 38 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI