PARADOKS

AKTUAL

Makedoniyanın NATO-ya daxil olmasına dair protokol fevralın 8-də ratifikasiya olunacaq

5-02-2019, 21:32
  •     
  • Dünya |
  •  Oxunma: 103

Makedoniyanın NATO-ya daxil olmasına dair protokol fevralın 8-də ratifikasiya olunacaq Yunanıstan parlamentində Makedoniyanın NATO-ya daxil olması protokolu ilə bağlı müzakirələr fevralın 8-də keçiriləcək.

Bu barədə Yunanıstan parlamentinin sədri Nikos Vutsis bildirib.

Onun sözlərinə görə, elə həmin gün protokol səsverməyə çıxarılacaq. Parlament sədri vurğulayıb ki, bundan bir gün əvvəl – fevralın 7-də Makedoniyanın NATO-ya daxil olması haqqında protokol parlamentin xarici işlər və müdafiə məsələləri üzrə komitəsinə təqdim ediləcək.

Makedoniya hökumətinin bəyanatında isə deyilir ki, ölkənin NATO-ya daxil olmasına dair protokolun razılaşdırılmasından dərhal sonra Alyansa üzv bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya prosesi başlayır.

“Yunanıstan əvvəlcə protokolu ratifikasiya edəcək, bununla Prespa razılaşması və konstitusiya dəyişiklikləri qüvvəyə minəcək”, – bəyanatda deyilir.

Qeyd edək ki, protokolun NATO-ya üzv 29 ölkənin hamısı tərəfindən ratifikasiya edilməsindən sonra ölkə yeni adı ilə – Şimali Makedoniya kimi NATO-nun bütün qərarlarda səsvermə hüququna malik tamhüquqlu üzvünə çevriləcək.

Rəsmi Afina və Skopyenin 2018-ci il martın 17-də Prespa gölü sahillərində imzaladığı saziş “Prespa razılaşması” adı alıb. O, uzun illərdir adla bağlı yaranmış mübahisəli məsələni həll edir və Skopyenin NATO və Avropa İttifaqına yolunu açır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI