PARADOKS

AKTUAL

Fransa polisi 240 "sarı jiletli"ni həbs etdi

13-01-2019, 19:24
  •     
  • Dünya |
  •  Oxunma: 42

Fransa polisi 240 "sarı jiletli"ni həbs etdi "Sarı jiletlilər”in bu gün Fransada keçirilən növbəti etiraz aksiyalarının gedişində saxlanılanların sayı 240 nəfərə çatıb. SİA Fransanın BFM telekanalına istinadən xəbər verir ki, bir sıra şəhərlərdə, o cümlədən Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Fransa paytaxtında gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.

Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.

Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.

Fransada miqyaslı etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb. Bu, artıq 9-cu şənbədir ki, "sarı jiletlilər” Parisdə və ölkənin digər şəhərlərində nümayişlərə çıxırlar.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI