PARADOKS

AKTUAL

Hindistanda timsahın dəfninə yüzlərlə adam gəldi

11-01-2019, 04:41
  •     
  • Dünya |
  •  Oxunma: 42

Hindistanda timsahın dəfninə yüzlərlə adam gəldi Hindistanda 130 yaşlı timsahın dəfn mərasimi keçirilib.
Dəfn mərasimində 500 nəfər iştirak edib.

Uzunluğu üç metr olan “Qanqaram” adlı timsah kənd yaxınlığındakı göldə yaşayıb. Timsah heç vaxt insanlara hücum etməyib. Bu üzdən kənd sakinləri etiram əlaməti olaraq onun dəfn mərasimini təşkil etmək qərarına gəliblər.

Bildirilir ki, timsaha göl yaxınlığında abidə qoyulması planlaşdırılır. (Oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI