PARADOKS

AKTUAL

Fransada “sarı jiletlilər”in yeni aksiyası başladı

6-01-2019, 00:07
  •     
  • Dünya |
  •  Oxunma: 37

Fransada “sarı jiletlilər”in yeni aksiyası başladı Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.
Bu haqda Bizimyol.info Modern.az-a istinadən xəbər verir.

Hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb.

Onlardan biri Fransa parlamentinin binasının qarşısında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilər”in aksiyası başlayıb


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI