PARADOKS

AKTUAL

Strasburqda silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb

15-12-2018, 13:31
  •     
  • Dünya |
  •  Oxunma: 133

Strasburqda silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb Fransanın Strasburq şəhərində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Prokurorluqdan verilən məlumata görə, xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib. Daha əvvəl hadisə nəticəsində 10 nəfərdən artıq yaralanan olduğu bildirilmişdi.

Xatırladaq ki, dekabrın 11-də axşam Strasburqdakı Milad yarmarkasının qarşısında 29 yaşlı Şərif Şekat ətrafa atəş açmış, sonra isə hadisə yerindən uzaqlaşmışdı. Bir çox cinayətlər törətdiyinə görə polisin yaxşı tanıdığı Ş.Şekat ötən gün keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. (Report.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI