PARADOKS

AKTUAL

Makron “sarı jiletlilər”ə uduzdu – Benzinin qiyməti qalxmayacaq

4-12-2018, 17:45
  •     
  • Dünya |
  •  Oxunma: 27

Makron “sarı jiletlilər”ə uduzdu – Benzinin qiyməti qalxmayacaq Fransa hökuməti yanacağın qiymətinin qalxmasına etiraz edən “sarı jiletlilər” qarşısında məğlubiyyətə uğrayıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, prezident Makronun təlimatı ilə Fransa hökumətinin başçısı Eduard Filipp yaxın saatlarda yanvarın 1-dən benzinə əlavə verginin tətbiqi ilə bağlı nəzərdə tutulan qərarın ləğv ediləcəyini açıqlayacaq.

Qeyd edək ki, benzin və dizelin qiymətinin qalxmasına etiraz əlaməti olaraq özlərini “sarı jiletlilər” adlandıran hərəkat üzvləri noyabr 17-dən bəri Fransa küçələrinə çıxıblar.

Ötən həftə sonu iğtişaşlar son həddə çatıb, polislə nümayişçilər arasında toqquşma baş verib, yüzlərlə insan yaralanıb.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI