PARADOKS

AKTUAL

Polşa gəmisi Baltik dənizində batdı

5-11-2018, 02:56
  •     
  • Dünya |
  •  Oxunma: 35

Polşa gəmisi Baltik dənizində batdı Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb. Yeniavaz.com RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib. "Şənbə günü axşam "Mietus" gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə dənizə çıxır və insanları balıq tutmağa aparırdı", - deyə o bildirib.

Gəminin hansı səbəbdən batdığı, hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.

İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bundan əvvəl Çin sahillərində yük gəmisi batıb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI