PARADOKS

AKTUAL

Avropa Birliyi 20 min mühacirin təhdidi ilə üz-üzə

5-11-2018, 02:47
  •     
  • Dünya |
  •  Oxunma: 28

Avropa Birliyi 20 min mühacirin təhdidi ilə üz-üzə Yaxın zamanlarda soyuq silaha malik Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan 20 mindən çox mühacir Bosniya-Xorvatiya sərhədini yararaq Avropa Birliyinin ərazisinə keçmək niyyətindədir. Bu barədə Avstriya DİN-i məlumat yayıb. İki ölkə sərhədində xüsusi bölmələr yerləşdirilsə də, vəziyyət getdikcə gərginləşir: artıq sərhədi qanunsuz yarmaq istəyən mühacirlərin hamısı bıçaqlarla silahlanıb.

“Sərhəddəki mühacirlər arasında artıq bütöv ailələr yoxdur, demək olar ki, qadın da yoxdur. Sərhədi yarmaq niyyətində olan mühacirlərin 95%-i gənclərdir və hamısı da bıçaqla silahlanıb. Artıq bir polis nəfərini qətlə yetirmək cəhdi edilib”, - DİN-in məlumatında deyilir. (oxu.az)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI