PARADOKS

AKTUAL

İngiltərə kəşfiyyatı: Putin Liviyanı Suriyaya çevirir

10-10-2018, 00:40
  •     
  • Dünya |
  •  Oxunma: 45

İngiltərə kəşfiyyatı: Putin Liviyanı Suriyaya çevirir Böyük Britaniyanın kəşfiyyat orqanları baş nazir Tereza Meyə Rusiya Prezidenti Vladimir Putinin Liviyanı “yeni Suriya”ya çevirməklə bağlı planlarının əks olunduğu hesabat təqdim edib.
Bizimyol.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “San” qəzeti informasiya yayıb.

Hesabatda qeyd edilib ki, Moskvanın əsas məqsədi Avropaya gedən qeyri-qanuni miqrant marşrutuna nəzarəti ələ keçirməkdir.

Rus hərbi kəşfiyyat idarəsinin onlarla rəsmisinin və idarəyə tabe xüsusi təyinatlı dəstələrin kommunikasiya kanallarının qurulması və bu barədə təlim keçilməsi üçün Liviyanın şərqində olduğunu yazan nəşr, Moskva hökumətinin ölkənin şərqini nəzarətdə saxlayan Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Həftəri dəstəklədiyini və ona tabe olan qoşunların ağır silahlarla təmin edildiyini vurğulayıb.

Tobruk və Benqazi bölgələrində “Vaqner Qrup” adı altında Rusiyanın iki hərbi bazasının olduğu və “Kalibr” raketləri ilə S-300 zenit raket komplekslərinin də Liviyaya yerləşdirildiyi qeyd olunub.

“Əgər Moskva Liviyanın sahil xəttinə nəzarəti ələ keçirsə, bu, Aralıq dənizində yeni bir köç dalğasının yaranmasına səbəb ola bilər. Putinin Liviyada etdikləri Suriya və Krımda tətbiq etdiyi taktikaya tamamilə uyğun gəlir. Nəzarət edilə bilməyən bir ərazi görür və bundan Qərbə təzyiq vasitəsi kimi istifadə edir. Sözün düzü biz Liviyada hər hansı bir neft şokuna və miqrant axınına qarşı müdafiəsizik”, – “San”a açıqlama verən ingilis hökumət rəsmisi bildirib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI