PARADOKS

AKTUAL

Şimali Koreyanın nüvə silahlarının sayı açıqlandı

3-10-2018, 00:47
  •     
  • Dünya |
  •  Oxunma: 32

Şimali Koreyanın nüvə silahlarının sayı açıqlandı Koreya Xalq Demokratik Respublikası 20-dən 60-a qədər nüvə silahı yükünə malikdir.
Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Ço Mön Gön bildirib.

Nazir dəqiqləşdirib ki, bu məlumatlar Cənubi Koreyanın xüsusi xidmət orqanları tərəfindən verilib.

Qeyd edək ki, iyunun 12-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda danışıqlar keçirilib. Danışıqlarda elan edilib ki, Koreya yarımadasının denuklearizasiyası haqqında razılaşma əldə olunub.

Bundan əvvəl – mayda isə Şimal Keoryası Punqeridə əsas nüvə poliqonunu söküb, iyunda isə Soxedəki raket poliqonunun sökülməsi başlanılıb. Ancaq işlər avqustda dayandırılıb. Amerika kəşfiyyatı məlumatlara görə, Koreya Xalq Demokratik Respublikası gizlicə qitələrarası raketlərin istehsalını davam etdirir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI